"Toppuş bacı" şəxsi həyatını kimə qurban verib?

"Toppuş bacı" şəxsi həyatını kimə qurban verib?

Tamaşaçıların "Toppuş bacı" kimi tanıdığı aktrisa Tünzalə Əliyeva şəxsi həyatından danışıb. O, səhnədə səmimi olduğu kimi adi həyatda da sadə insan olduğunu dilə gətirib. SİA-ya açıqlama verən "Toppuş bacı" şəxsi həyatını işinə qurban verdiyini söyləyib: "Demək olar ki, şəxsi həyatım yoxdur. Özümü səhnəyə həsr etmişəm. Çünki vaxtımın çoxunu yaradıcılığıma sərf edirəm. Onu da deyim ki, işimlə əlaqədar olaraq hər zaman tamaşaçıları güldürməyi bacarmışam. Ancaq bəzi anlar olub ki, sözün əsl mənasında onlar məni güldürüblər".

Bütün xəbərlər Facebook səhifəmizdə