Sabah nazirliklərin nümayəndələri görüşəcək

Avqust ayının 3-ü Qırğızıstanın Çolpon-Ata şəhərində türkdilli dövlətlərin mədəniyyət nazirliklərinin nümayəndələrinin görüşü keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirdə ölkəmizin Mədəniyyət və Turizm Nazirliyini beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin sektor müdiri Cahangir Səlimxanov təmsil edəcək.

Qeyd edək ki, sözügedən görüşdə yazıçılar və kino xadimlərinin yeni regional alyanslarının qurulması, qarşıdan gələn beynəlxalq tədbirlərdə türkdilli dövlətlərin mədəniyyət və incəsənət xadimlərinin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə