Şəfiqə Məmmədovaya ilk dəvət

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova Belarus Kinematoqrafçılar İttifaqının dəvəti ilə bu ilin noyabr ayında Minsk şəhərində keçiriləcək "Listopad" beynəlxalq kinofestivalında iştirak edəcək.


Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev bildirib: "Eyni zamanda, Şəfiqə xanım Belarus Kinematoqrafçılar İttifaqının 50 illik yubileyinə həsr edilmiş tədbirə dəvət olunub".


Onun sözlərinə görə, həmçinin, Belarus Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı arasında birgə tədbirlər haqqında razılıqlar əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə