"Beşinci ünsür" filmi ilə məşhurlaşan rejissor Lyük Besson indi də "Valeryan və Lorelin" fransız fantastik komiksini ingilisdilli filmə çevirəcək.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu komiks Fransada 1967-ci ildən 2010-cu ilə qədər buraxılıb. Baş qəhrəmanlar qarasaçlı Valeryan və onun sarışın rəfiqəsi Lorelindir. Onlar zaman səyahətinə çıxırlar və bir çox macəralarla üzləşirlər.
Bu komiksin pərəstişkarı olan Lyük Valeryan obrazının yaradıcısı rəssam Jan-Klod Mezye ilə bundan əvvəl də bir filmdə işləyib. Hələlik "Valeryan və Lorelin" filmi üçün çəkiliş heyəti toplanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB