“Natiq” ritm qrupu və İsfar Sarabski Montrö Caz Festivalında çıxış ediblər
İsveçrənin Montrö şəhərində keçirilən Beynəlxalq Caz Festivalı başa çatıb. SİA-nın məlumatına görə, ənənəvi olaraq hər il dünyanın tanınmış caz ifaçılarını bir araya toplayan festival, bu il də ənənəsinə sadiq qalıb. Festivalda Bob Dilan, Juliett Qreko, Hyu Lori, Van Morrison, Çik Korea və Bob Makferrin, Keti Melua, Rufus Ueynrayt, İsfar Sarabski, Toni Bennett kimi tanınmış caz ustaları çıxış ediblər.
İsveçrədə fəaliyyət göstərən rusdilli "Nasha Gazeta" saytında bu hadisə ilə bağlı "Montrödə caz festivalı: qısa xronika" adlı məqalə dərc edilib. Məqalədə qeyd olunur ki, festivalın proqramı zəngin olub. Dinləyicilər bəzən bir konsertdən digərinə çatmağa imkan tapmayıblar. Bob Dilan, Juliett Qreko, Hyu Lori, Van Morrison, Çik Korea və Bob Makferrin, Keti Melua, Rufus Ueynrayt, İsfar Sarabski, Toni Bennett kimi tanınmış caz ustalarının çıxışları tamaşaçılara böyük zövq verib. Bildirilir ki, Azərbaycanın milli alətlərində ənənəvi melodiyaları ifa edən "Natiq" ritm qrupu da builki Montrö festivalında iştirak edib.
Məqalədə azərbaycanlı ifaçıların çıxışına xüsusi yer ayrılıb. "Azərbaycan – festivalın fəxri qonağı" adlı bölmədə deyilir: "İsveçrə auditoriyası azərbaycanlı musiqiçilərlə artıq tanışdır və bu tanışlıq təkcə Montrö caz festivalı ilə bağlı deyil. Biz artıq Emil Məmmədov və İsfar Sarabskinin uğurlu çıxışları barədə danışmışıq. İlk dəfə bu il festivalın əsas sponsorlarəndan biri də İsveçrədə aktiv fəaliyyət göstərən ARDNŞ olub. Təşkilati dəstək isə bu yaxınlarda yaradılan İsveçrə-Azərbaycan dostluğu və mədəni mübadiləsi Assosiasiyası tərəfindən verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB