Yeni muzey bükülmüş xalça formasındadır

Yeni muzey bükülmüş xalça formasındadır

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binanın bu ilin dekabr ayında açılması planlaşdırılır. SİA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Bolqarıstanda səfəri zamanı bolqar həmkarlarını muzeyin açılışına dəvət edib.


Qeyd edək ki, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təməli 2008-ci ilin mayında Dənizkənarı Milli Parkda qoyulub. Muzeyin yeni binası Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, YUNESKO-nun birgə layihəsi əsasında inşa edilir.


Muzey bükülmüş xalça formasında tikilib. Dördmərtəbəli yeni binanın ümumi sahəsinin 18 min 446 kvadratmetr olacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə