Kurt Kalleya və ailəsi- VİDEO
\"Eurovision 2012\"nin yaddaqalan ifaçılarından biri də Malta təmsilçisi Kurt Kalleyadır. Eurovision səhnəsində Malta təmsilçisini qardaşı Kevin də müşaiyət edib. SİA-nın builki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, atası Brayn (Brian), anası Rita, kiçik qardaşı Kail (Kyle) Kurtla Kevinin \"Bakı Kristal Zalı\" səhnəsindəki çıxışını birbaşa zaldan izləyib.


Səfər zamanı ailə üzvləri təəssüratlarını eurovision.az saytı ilə bölüşüb. Valideynləri övladlarının müsabiqədəki \"This is The Night\" mahnısının ilk dinləyiciləri olub. Malta təmsilçisi geniş auditoriya qarşısına çıxmazdan əvvəl mahnı ilə bağlı onların fikrini öyrənib. Kurt Kalleyanın Azərbaycan mətbəxinə marağını bilən anası Rita oğlunun hər yeməyi sevmədiyini deyir.


İki qardaşının Avropa səhnəsində olmasından ən çox qürur duyan isə Kaildir. Eurovision səhnəsi Kurt Kalleyanın həyatında xüsusi bir səhifə açıb. O, burada hər şeydən əvvəl gözəl dostlar qazanıb. Malta təmsilçisinin ailəsi ilə birlikdə müsahibəsini təqdim edirik.


Bütün xəbərlər Facebook səhifəmizdə