\"Qorxma mən səninləyəm-2\" - FOTOSESSİYA

\"Qorxma mən səninləyəm-2\" - FOTOSESSİYA
25 il bundan əvvəl çəkilən "Qorxma mən səninləyəm- 2" filminin ikinci hissəsinin çəkilişləri yekunlaşmaq üzrədir. SİA-nın məlumatına görə, filmin ssenari müəllifi və rejissoru, əslən bakılı Yuli Qusmandır. Əsas rolların ifaçıları isə xalq artisti Lev Durov, xalq artisti Polad Bülbüloğludur. Filmdə həmçinin Nuriyyə Əhmədova, Məbud Məhərrəmov və başqaları rol alıb.


Filmdə təhlükəli macəralarla yanaşı iki gənc qəhrəmanın – şərq Romeo və Cülyettasının eşq macərasından bəhs edilir.


Film Azərbaycan və Rusiya kinematoqrafçıları tərəfindən müştərək çəkilib. İlk çəkilişləri Xəzər rayonunun Gürgan qəsəbəsində baş tutan filmin digər kadrları Şüvəlan, Mərdəkan, İçərişəhər və Qax rayonunda çəkilib.


Qeyd edək ki, filmdə həmçinin \"Eurovision- 2011\" mahnı müsabiqəsinin qaliblərindən olan Eldar Qasımov da çəkilib.



Bütün xəbərlər Facebook səhifəmizdə