“TRT Avaz” kanalı verilişini Hüseyn Cavidə həsr etdi

Türkiyənin "TRT Avaz" telekanalının "Türk dünyasından izlər" proqramının bir buraxılışı türk dünyasının filosof-şairi, dramaturq Hüseyn Cavidə həsr olunub. Sənədli film Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi münasibətilə Hüseyn Cavidin Ev Muzeyi və "TRT Avaz"ın birgə təşkilatçılığı ilə hazırlanıb. Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi İlahə İbrahimovanın SİA-ya verdiyi məlumata görə, sənədli filmin çəkilişləri muzeyin yenicə təmirdən çıxmış ekspozisiyasında aparılıb.


Filmdə muzeyin direktoru Gülbəniz Babaxanlının H. Cavidin keçdiyi keşməkeşli həyat yolu, yaradıcılığı və bu gün muzeydə qorunan və nümayiş olunan dəyərli eksponatlar haqqında söylədiyi maraqlı faktlar öz əksini tapıb. Film H. Cavidin Ev Muzeyinin ekspozisiyasında nümayiş olunan əlyazmalar, fotolar, xatirə əşyaları, rəsm əsərləri, H. Cavidin əsərlərindən parçalar və H. Cavid tədqiqatçılarının dəyərli fikirləri əsasında hazırlanıb.


Filmin bir nüsxəsi H. Cavidin Ev Muzeyinin arxivində saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə