İvi Adamou oynaq ritmli mahnısı ilə zövqləri oxşadı

İvi Adamou oynaq ritmli mahnısı ilə zövqləri oxşadı

Müğənni İvi Adamou "Eurovision-2012" mahnı müsabiqəsinin final şousunun keçirildiyi "Baku Crystal Hall"un səhnəsində Kipri "La La Love" mahnısı ilə təmsil edib. İvi Adamou oynaq ritmli mahnısı, təqdim etdiyi performansı ilə zövqləri oxşayıb. Müğənninin səhnədə oynaq hərəkətləri təqdim etdiyi mahnı ilə bir-birini tamamlayıb. Tez-tez dəyişən işıq effektləri isə Kipr təmsilçisinin ifasını daha da təsirli edib.

İvi Adamou musiqi karyerasına Yunanıstanın "X-Factor" yarışması ilə başlayıb. O, vokal potensialını və güclü xarakterini məhz həmin televiziya şousunda yüksək səviyyədə nümayiş etdirib. Müğənni uşaq yaşlarından musiqi nəzəriyyəsini, vokal və piano ifaçılığının sirlərini mənimsəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə