\"Eurovision- 2012\"nin II yarımfinalının nəticələri bəlli oldu - FOTOLAR
\"Eurovision- 2012\" mahnı müsabiqəsinin II yarımfinalının nəticələri bəlli oldu. SİA-nın məlumatına görə, 18 ölkədən yalnız 10-u finala vəsiqə qazanıb. Finala vəsiqə qazanan ölkələr sırasında Litva (Donny Montell- \"Love Is Blind\"), Bosniya və Herseqovina (Maya Sar- \"Korake Ti Znam\"), Serbiya (Zeljko Joksimoviç-\"Nije ljubav stvar\"), Ukrayna (Gaitana-\"Be My Guest\"), İsveç (Loreen- \"Euphoria\"), Makedoniya (Kaliopi-\"Crno E Belo\"), Norveç (Tooji- \"Stay\"), Estoniya (Ott Lepland-\"Kuula\"), Malta (Kurt Calleja-\"This Is The Night\") və Türkiyə (Can Bonomo- \"Love Me Back\") qərarlaşıb.
Bu ölkələr isə finala keçə bilməyiblər. Niderland (Joan Franka-\"You And Me\"), Belarus (\"Litesound\"-\"We Are The Heroes\"), Portuqaliya (Filipa Sousa-\"Vida Minha\"), Bolqarıstan (Sofi Marinova-\"Love Unlimited\"), Sloveniya (Eva Boto-\"Verjamem\"), Xorvatiya (Nina Badrić-\"Nebo\"), Gürcüstan (Anri Jokhadze- \"I\'m A Joker\"), Slovakiya (Max Jason- \"Mai Don\'t Close Your Eyes\").
Mayın 26-da birbaşa çıxış edəcək 5 finalçıdan başqa 20 nəfər artıq bəllidir. Digər 5 finalçılar isə bunlardır: Anqun (Fransa), Nina Zilli (İtaliya), Səbinə Babayeva (Azərbaycan), Pastora Soler (İspaniya), Roman Lob (Almaniya) və Engelbert Hamperdink (Böyük Britaniya).
Qeyd edək ki, müsabiqə xüsusi olaraq \"Eurovision-2012\" üçün Xəzər dənizi sahilində tikilən \"Bakı Kristal Zalı\"nda keçirilir. \"Bakı Kristal Zalı\" 23 min tamaşaçı tutur, daha 16 min tamaşaçının müsabiqənin yarımfinal və final mərhələlərinə birbaşa efirdə böyük monitorlarda baxmaq imkanı var. \"Eurovision 2012\"-nin teleauditoriyasını dünyanın 50 ölkəsindən 100 milyondan artıq insan təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB