\"Bakı Kristal Zalı\"nda keçiriləcək ikinci yarımfinalın interval aktı şousunun məşqi keçirilib. SİA-nın məlumatına görə, müsabiqənin son beş ilinin qalibləri bu gün \"Bakı Kristal Zalı\"nın səhnəsində çıxış ediblər.
Dima Bilan öz müsabiqə mahnısı olan \"Believe\"i balabanın, Mariya Şerifoviç \"Molitva\"nı tarın, Aleksandr Rıbak \"Fairytale\" mahnısını kamançanın, Lena Mayer isə \"Satellite\" mahnısını sazın müşaiyəti ilə remix versiyada ifa ediblər.
İnterval aktının sonunda isə Eldar Qasımov və Nigar Camal da daxil olmaqla yarışmanın digər 4 qalibi birlikdə səhnədə olub. Qaliblər yarışmanın tarixinə düşən \"ABBA\" qrupunun ifasında səslənən \"Waterloo\" mahnısı ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB