EBU \"Eurovision- 2012\"nin təşkili üzrə görülən işlərdən razı qalıb
Bu gün Avropa Yayımları Birliyi və \"Eurovision- 2012\"nin Təşkilatçı Yayımçısının birgə mətbuat konfransı olub. SİA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən müsabiqənin rəhbəri Yan Ola Sand Bakıdakı bu yarışmanı fantastik adlandırıb.
\"Avropa Yayımları Birliyi müsabiqənin təşkilindən - arena, şou, Mətbuat Mərkəzi, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə görülən bütün işlərdən razıdır\" - deyə Yan Ola Sand bildirib.
Layihə rəhbəri \"Bakı Kristal Zalı\"nın tək yarışma üçün deyil, sadəcə Bakı şəhərinin tələbatı üçün inşa olunduğunu qeyd edib və bu arenanın bir neçə ay əvvəl təhvil verilməsinə baxmayaraq burada hər şeyin təşkil olunduğunu bildirib.
Yan Ola Sand mayın 22 - də keçirilən birinci yarımfinal mərhələsinin səsverməsinin təsdiqləndiyini və audit olunduğunu da deyib. \"Ötən gün finala keçən 10 mahnıdan 8-nə həm münsiflər heyəti, həm tamaşaçılar, 1-nə yalnız münsiflər, 1-nə isə yalnız tamaşaçılar səs verib\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB