Estoniya təmsilçisi: “Quzu kababının təkrarolunmaz dadı var”-MÜSAHİBƏ
Azərbaycana ölkəsini təmsil etmək üçün təşrif buyuran Estoniyanın "Eurovision-2012" təmsilçisi Ott Lepland SİA-ya müsahibə verib. Müsahibəsin zamanı yarışma və Bakı haqda fikirlərini söyləyən təmsilçi maraqlı açıqlamalar edib.
"Bakı Kristal Zalı"nın səhnəsində "Kuula" (\"Listen\") mahnısı ilə ölkəsini təmsil edən Ott Leplandla bir az yaxından tanış olaq:
Müğənni və pionist 1987-ci il, mayın 17-də Tallində doğulub. O, kiçik yaşlarından musiqi sahəsindədir. 1995 və 1996-cı illərdə uşaq mahnılarından ibarət 4 musiqi albomu buraxdırıb. 10 il piano dərsləri ilə məşğul olub. Hazırda Tallin Musiqi Məktəbində pop və caz ifaçılığı ixtisası üzrə təhsilini davam etdirir. O, 2010-cu ildə Estoniyanın "Pop İdol" yarışmasının qalibi olduqdan sonra \"Ott Lepland\" adlı albomunu təqdim edib. Sonuncu musiqi albomu isə 2011-ci ilin dekabrında musiqisevərlərin ixtiyarına verilib.
-Müsabiqədə qalib gəlsəniz, necə qeyd edəcəksiniz?
-Mən də bütün təmsilçilər kimi qalib olmaq arzusundayam. Arzum yerinə yetsə, qalibiyyətimi dostlarımla və ailəmlə qeyd edəcəyəm. Ancaq indi mənim qarşımda əsas olan səhnədə uğurla çıxış etməyimdir.
- Bakı haqqında nə deyə bilərsiniz?
-Bakı gözəl şəhərdir. İnsanlarınız və bizə olan münasibət hədsiz dərəcədə ürəyimə yatıb. Hər şey çox gözəldir. Burada olmağıma çox şadam.
-Bəs, mətbəximizi bəyənirsiniz?
-Bakının yeməklərini, xüsusilə də quzu kababını çox bəyəndim, təkrarolunmaz dadı var. Şəhərinizdə çox gözəl restoranlar var. Adam heç doymaq bilmir.
- Mayın 17-də Bakı Caz Mərkəzində konsertiniz oldu. Necə keçdi?
-Konsert möhtəşəm idi. Tamaşaçılar məni çox sevindirdi. Bakı tamaşaçıları məni çox isti qarşıladılar. Konsert günü həm də mənim ad günüm idi. Yəqin ona görə həmin günü mənim üçün xüsusilə gözəl keçdi. Ondan sonra baş tutan müsabiqənin rəsmi açılışı da olduqca yadda qalan idi. Hər şey çox yüksək səviyyədə keçir.
-Gərgin məşq prosesləri gedir. Siz isə iki dəfə səhnəmizə çıxmısınız. Birinci məşqlə ikinci məşqin fərqi var idi?
-Mənim ilk məşqim çox çətin və problemli oldu. Buna görə də çox həyəcanlı idim. Bu da təbii ki, əsəbi olmağıma səbəb oldu. Ancaq ikinci məşqim çox yaxşı və gözlədiyim kimi oldu. Səhnədə müsabiqə zamanı daha yadda qalan şou göstərəcəyəm.
-Siz də pianoçusunuz. Yəqin estoniyalı pianoçular sizə xüsusi dəstək verir.
-Bəli, mən həm də pianoçuyam. Ölkəmdə isə hər kəs mənə dəstək verir. Çox sağ olsunlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB