Səbinə Babayeva: \"Alim Qasımovla bir səhnədə oxumaq əvəzolunmazdır\"

Səbinə Babayeva: \"Alim Qasımovla bir səhnədə oxumaq əvəzolunmazdır\"

"Mən Alim Qasımovun səsinin vurğunuyam. Əfsanəvi xanəndəmizlə bir yerdə oxumaq mənə zövq verir". SİA-nın məlumatına görə, bunu Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, Alim Qasımovla eyni səhnəni paylaşdığına görə elə də həyəcanlı deyil: "Onunla bir səhnəyə çıxmaq mənim üçün əvəzolunmazdır. Həyəcanım sadəcə özümə görədir. Çünki finala sayılı günlər qalıb. Yalnız çıxışım barədə düşünürəm. Azərbaycanın müsabiqəni uğurla keçirəcəyinə inanıram. Biz göstərəcəyik ki, Azərbaycanda istedadlar var".

Səbinə Babayeva müsabiqədəki favoritləri haqqında da danışıb. Belə ki, Serbiya və Gürcüstanın mahnısını çox bəyəndiyini deyən müğənni: "Bunu onlarla dostluq əlaqələrimin olduğuna görə demirəm. Sadəcə onların səs tembrini və ifa tərzlərini çox bəyənirəm. Digər ölkələrin ifalarına isə tam qulaq asa bilməmişəm. Çünki buna vaxtım olmayıb. 3 aydır ki, Azərbaycanda deyiləm. Nəzərdə tutulan promo tur çərçivəsində Avropanın bir çox ölkələrində olmuşam və Azərbaycanı layiqincə orada təmsil etmişəm\",- deyə bildirib

Mayın 19-da ilk məşqini edəcək Səbinə Babayeva müsabiqədəki şousu barəsində heç bir açıqlama vermək istəməyib: "Mən istəyirəm ki, hər şey sirr qalsın. İnanın, hər şey çox gözəl olacaq. Hər biriniz heyran olacaqsınız".

Təmsilçimizin müsabiqənin məhz Azərbaycanda keçirilməsinin onun üçün müsbət tərəflərinin olduğunu da vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə