Bu gün Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında 17 may tarixində Heydər Əliyev adına Sarayda keçiriləcək "Univision" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı püşkatma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədri Şahin İsmayılov, əməkdar artist Tünzalə Ağayeva, tələbələr və media nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, müsabiqədə 24 universitet iştirak edəcək: "Qalib olan iştirakçıya isə 3000 manat pul mükafatı veriləcək".
Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədri Şahin İsmayılov isə yarışmanın 4 təşkilatın dəstəyi ilə keçirildiyini vurğulayıb: "24 universitetdən müsabiqəyə qoşulan tələbələr çox istedadlıdırlar. Yarışmanı keçirməkdə əsas məqsədimiz bacarıqlı tələbələri üzə çıxartmaqdır".
Əməkdar artist Tünzalə Ağayeva talantlı tələbələrə hər zaman kömək edəcəyinə söz verib: "Məşğul olduğum tələbələrdən çox razıyam. Çünki iradlarımı düzgün qəbul edərək öz öhdələrinə düşən vəzifələrini bilirlər".
Tədbirin davamında müsabiqənin püşkatması baş tutub.
Püşkatmanın nəticələrinə görə, 24 universitetin sıra nömrələri bəlli olub. İlk üçlükdə Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Milli Aviasiya Universiteti və Azərbaycan Mədəniyyət İncəsənət Universitetləridir.
Qeyd edək ki, sözügedən tədbir may ayının 15-17 tarixlərində Heydər Əliyev Sarayında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB