Macar rejissoru Azərbaycanda master klass keçəcək

Macar rejissoru Azərbaycanda master klass keçəcək

Macarıstanın təcrübəli teatr rejissoru Hudi Laszlo Azərbaycana gəlir. O, bir ay ərzində şəhərimizin qonağı olacaq, teatr sahəsi ilə bağlı müxtəlif işlər görəcək.

SİA-nın məlumatına görə, Alternativ və Müstəqil Teatr Assosasiyasının prezidenti Azərbaycanda master klass keçəcək. Bundan başqa o, paytaxt və bölgə teatrlarının məşqlərində iştirak edəcək və repertuarda olan tamaşaların bəzilərini izləyəcək. Bu həftə onun Gənc Tamaşaçılar Teatrında rejissor və aktyor heyəti üçün master klass keçəcəyi nəzərdə tutulur. Həmçinin, məşqləri davam edən macar səhnə əsərinin hazırlıq işlərində yaxından iştirak edərək öz tövsiyyələrini verəcək.

Macarıstandakı Əcnəbi Teatrlar Assosasiyasının prezidenti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələr üçün də treninqlər keçəcək. O, bilgi və təcrübəsini gənc həmkarları ilə bölüşəcək.

Qeyd edək ki, Hudi Laszlonun rəhbəri oldugu teatr təxmini olaraq 50 dəfədən çox xarici ölkədə qastrol səfərində olub. Onların repertuarında ən çox uğur qazanan tamaşalar sırasında \"Janna Dark\" (1995), \"Romeo və Cülyetta\" (1996), \"Albalı bağı\" (1998), \"Kişi faciəsi(2000), "Don Juan\" (2001) və digərləri var.

Bütün xəbərlər Facebook səhifəmizdə