Türkiyənin "Kral TV" telekanalının təqdim etdiyi XVIII Kral Musiqi Mükafatları sahiblərinə təqdim edilib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, gecənin sürprizi keçən il bir nominasiya üzrə XVII Kral Musiqi Mükafatının qalibləri sırasında yer alan, ancaq mart ayında ağır güllə yarası aldığı üçün mükafatını ala bilməyən İbrahim Tatlısəs olub.
Səhnəyə çıxan İbrahim Tatlısəs tamaşaçıları salamladıqdan sonra canlı yayında əlindəki çəliyi atıb. Müğənni mükafatı ona təqdim edən həmkarı Orxan Gəncəbayın əlini öpüb. İbrahim Tatlısəs məruz qaldığı silahlı hücumdan sonra yaşadığı sıxıntılı günlərdə onu yalnız buraxmayan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, aldığı güllə yarasından sonra İbrahim Tatlısəsin sol əli və sol ayağı iflic duruma düşüb. Buna görə də müğənni uzun müddət fiziki terapiya müalicəsi alıb. Ötən müddət ərzində o, çəliklə hərəkət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB