Maya Sar: “Birlikdə müsabiqəyə hazırlaşmaq və işləmək çox xoş olacaq”

Maya Sar: “Birlikdə müsabiqəyə hazırlaşmaq və işləmək çox xoş olacaq”
Bosniya və Herseqovinanın təmsilçisi Maya Sar səhnə şousunun bütün hazırlıqlarını rejissor Ahmed İmamovicə etibar edib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Maya Sar builki müsabiqə mahnılarının özünəməxsus olduğunu və ifaçılara çox yaraşdığını bildirib.


"Korake ti znam" adlı mahnısını doğma dildə oxumasının səbəbini o, belə izah edib: "Mahnı Bosniya dilində yazılıb. Düşünrəm ki, oradakı emosiya və ismarıcı dinləyicilər çox gözəl hiss edəcəklər."


Azərbaycana səfər edəcəyi günü səbirsizliklə gözləyən Maya Sarın builki Eurovision şousu ilə bağlı düşüncələri isə belədir: "Azərbaycanın möhtəşəm ölkə olduğunu eşitmişəm. Builki Eurovision təmsilçiləri arasında dostlarım çoxdur. Ona görə də birlikdə müsabiqəyə hazırlaşmaq və işləmək çox xoş olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə