\"Eurovision-2012\"nin ilk məşq prosesinə mayın 13-də start veriləcək

\"Eurovision-2012\"nin ilk məşq prosesinə mayın 13-də start veriləcək

\"Eurovision-2012\" keçiriləcəyi \"Baku Crystal Hall\"da ilk məşq prosesinə mayın 13-də start veriləcək. SİA-nın \"eurovision.tv\"yə istinadən verdiyi məlumata görə, həmin gündən etibarən başlayaraq hər gün ənənəvi məşqlər keçiriəcək. Mayın 13-də keçiriləcək ilk məşqdə Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika və Finlandiya iştirak edəcək. Həmin gün məşqlər səhər saat 11:00-dan 20:15-ə kimi davam edəcək.


Mayın 19-na kimi hər gün eyni saatda mayın 22-si və 24-də keçiriləcək yarımfinal mərhələrində çıxış edəcək ölkələr öz məşqlərini edəcəklər. Hər gün \"Baku Crystal Hall\" səhnəsində 9 təmsilçinin məşqi planlaşdırılır.


Mayın 26-da keçiriləcək final mərhələsində iştirakı məlum olan 6 ölkənin ilk məşqi isə mayın 19-da baş tutacaq. Azərbaycanın \"Eurovision-2012\" təmsilçisi Səbinə Babayeva həmin gün saat 17:00-da ilk məşqə çıxacaq. Təmsilçimizin ikinci məşqinin mayın 20-də keçirilməsi qərara alınıb.


Hər iki yarımfinal və final mərhələsinin əsas məşqləri şoudan bir gün əvvəl baş tutacaq. Artıq Bakıdakı \"Eurovision\" şousunun məşqləri və təmsilçilərin mətbuat konfransları ilə bağlı müvafiq cədvəl hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə