Dimal Bilan \"Eurovision- 2012\"də Nigar Camalla duet oxuyacaq

Dimal Bilan \"Eurovision- 2012\"də Nigar Camalla duet oxuyacaq

\"Eurovision-2008\"in qalibi Dima Bilan Azərbaycanda keçiriləcək \"Eurovision-2012" mahnı müsabiqəsinin mayın 24-də keçiriləcək II yarımfinalının açılışında çıxış edəcək. SİA-nın məlumatına görə, bunu Rusiya mətbuatına müsahibəsində Dima Bilan özü deyib.


O, müsabiqənin ötənilki qalibi Nigar Camalla birgə duet oxuyacağını deyib. Onun Nigarla oxuyacağı mahnının adı \"Məni qucaqla\" (\"Obnimi menya\") adlanır. \"Bakıya müsabiqənin xüsusi qonağı kimi gedirəm. \"Eurovision-2012\"nin Təşkilat Komitəsi tərəfindən bu şouda çıxış etmək təklifi almışam. \"Eurovision-2012\"nin II yarımfinalda çıxış edəcəyəm. Həmin günkü çıxışımı tam açıqlamaq istəmirəm, bu, mayın 24-də efirdən məlum olacaq. Mayın 23-də isə biz Nikki ilə duetimizi təqdim edəcəyik. Mahnımızı ilk əvvəl Bakı "Euroclub"unda ifa edəcəyik\".


Dima Bilan onu da vurğulayıb ki, Nigar Camalla Bakıda olarkən tanış olub. Nigarın çox mehriban qız olduğunu bildirən Dima bu ideyanın da həmin görüş zamanı yarandığını deyib və Nigarla duetinin çox gözəl alındığını da açıqlayıb.


Bu il Rusiya milli seçimlərinə qatılan, lakin \"Buranovskiye babuşki\" qrupuna məğlub olan Dima Bilan seçimlərə çox da yaxşı hazırlaşmadığını etiraf edib: \"Heyf ki, zaman azlığından çox da yaxşı hazırlaşa bilmədim. Seçimlərdə ikinci olduğumda hamı məni lağa qoymağa başladı, amma mən istəyimə çatdım və Bakıya gedirəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə