Bayram Səfərov: \"Ermənilər Azərbaycandan çəkindiklərini bir daha sübut etdilər\"
"Ermənistanda Azərbaycan filmlərinin göstərilməsinə imkan verilməməsi erməni mədəniyyətinin göstəricisidir. Onlar bu hərəkətləri ilə Azərbaycandan çəkindiklərini bir daha sübut etmiş oldular. Azərbaycana dünyanın hər yerindən gələnlər var. Hazırda Azərbaycanda çoxlu azsaylı xalq yaşayır. Film göstərilməsində çəkinməli nə var ki?" SİA-nın xəbərinə görə, bunu Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov Ermənistanın Gümrü şəhərində Azərbaycan film festivalının nümayişinə imkan verilməməsinə münasibət bildirərkən deyib.
Hazırda Azərbaycanda erməni kitabxanasının, erməni kilsəsinin olduğunu, ölkədə ermənilərin yaşadığını xatırladan B. Səfərov bunu Azərbaycanın demokratik və sivil dövlət olması ilə izah edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB