“Eurovision-2012”də iştirak edəcək 42 ölkədən 41-i artıq təmsilçisini seçib
Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsində iştirak edəcək 42 ölkədən 41-nin təmsilçisi artıq müəyyənləşib. SİA-nın məlumatına görə, müsabiqənin iştirakçısı olan ölkələrdən yalnız San-Marino təmsilçisini hələ seçməyib. San-Marino Bakıya göndərəcəyi ifaçını martın 16-da müəyyənləşdirəcək. Ölkə təmsilçisi daxili seçim yolu ilə, yayımçı televiziya tərəfindən təyin olunacaq.
San-Marinodan başqa 3 iştirakçı ölkənin mahnısı da martın 19-a kimi təqdim olunacaq. Bu ölkələr Azərbaycan, Belçika və Böyük Britaniyadır.
Qeyd edək ki, bu ilin mayında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsində 42 ölkə təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB