Yunanıstan Eurovision 2012 təmsilçisi və mahnısını seçib

Yunanıstan Eurovision 2012 təmsilçisi və mahnısını seçib

Yunanıstanın \"Eurovision 2012\" təmsilçisi müəyyənləşib. SİA-nın məlumatına görə, Bakı səhnəsinə ölkə adından Eleftheria Eleftheriou çıxacaq. Təmsilçi \"Bakı Kristal Zalı\"nda \"Aphrodisiac\" mahnısını ifa edəcək.


Mahnının müəllifləri Dimitris Stassos, Mikaela Stenström və Dajana Lööfdür. Milli Finalın qonaqları arasında Kiprin builki təmsilçisi İvi Adamou, Bolqarıstandan Sofia Marinova və Fransa təmsilçisi Anqun xüsusi qonaq qismində çıxış edib.


Qeyd edək ki, Yunanıstan təmsilçisi mayın 22-də keçiriləcək birinci yarımfinalda mübarizə aparacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə