ASSİTEJ-in baş katibi Azərbaycan Milli Mərkəzinə məktub ünvanlayıb
ASSİTEJ-in İcra Komitəsinin Bakıda keçirilən toplantısının təşkili, keçirilən görüşlərin uğurlu nəticələri haqqında Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə və ASSİTEJ-in Milli Mərkəzinə təşəkkür məktubu ünvanlanıb.
Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, məktub Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in Baş katibi tərəfindən qurumun Azərbaycan Milli Mərkəzinin sədri, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidova ünvanlanıb.
"Bakıdakı səfərimiz çərçivəsində ASSİTEJ-in İcra Komitəsinin toplantısı üçün etdiyiniz bütün təşkilati işlərə görə sizə təşəkkürümü bildirirəm. Görüşlərin təşkili, seminar və çıxışların keçirilməsi, nazirlik əməkdaşları, rəssamlar və ümumiyyətlə teatrla sıx bağlı olan insanlarla ünsiyyət, Bakının gözəlliyi bizim səfərimizi unudulmaz təəssüratlarla zənginləşdirib. Əldə olunan nəticə və yekun baxımından Bakıda keçirilən görüş İcra Komitəsinin həyata keçirdiyi ən yaxşı tədbirlərdən biridir. Biz ASSİTEJ üçün yeni strategiya ola biləcək plan və qərarlar həyata keçirdik. Mən çox şadam ki, siz bunun mümkünləşdirilməsində bizə yaxından yardımçı oldunuz. Əminəm ki, ölkənizdə keçirilən görüş yeni əməkdaşlıqların təməli olacaq. Biz özümüz üçün Azərbaycan adlı yeni, əsrarəngiz bir ölkə kəşf etdik və bununla qürur duyuruq" - deyə Baş katibin məktubunda bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB