Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, bütün Azərbaycan xalqı Xocalı qətliamı qurbanlarının xatirəsini böyük ehtiramla yad edir: \"Xalqımız erməni cəlladlarının cəzasız qalmalarından hiddətlənib. Fevralın 26-da paytaxtda hörmətli prezidentimiz İlham Əliyevin də iştirakı ilə ümumxalq etiraz yürüşü keçirildi. Bu günkü tədbirdə uşaqlar da iştirak edirlər. Mən çox sevinirəm ki, bu gün balaca uşaqlar öz yaradıcılıqlarında Xocalı faciəsini yaşadırlar\".
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Azərbaycan icması" ictimai birliyinin sədri, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikanın o vaxtkı rəhbərliyinin səhlənkarlığı üzündən ölkədə yaranan, dəhşətli cinayətlə nəticələnən siyasi vəziyyəti xatırladıb. B. Səfərov onu vurğulayıb ki, ölkə rəhbərliyinin səyləri sayəsində dünya ictimaiyyəti Xocalı soyqırımına siyasi qiymət verəcək.
Çıxışlardan sonra Şuşa musiqi məktəbinin şagirdləri Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan bədii kompozisiya ilə çıxış ediblər. Tanınmış müğənni Şəhla Həmidova Aytən Oqtayqızının "Xocalım ay Xocalım" mahnısını ifa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB