Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision- 2012" mahnı müsabiqəsinin keçirilməsinə sayılı günlər qalıb. Xüsusən gənclik yarışı olan bu müsabiqənı ölkəmizədə elə gənclər gətirib. Bunu nəzərə alaraq gənc nəsil arasında sorğu apardıq. Gənclərin Eurovision mahnı müsabiqəsinə hazırlıqların hansı tempdə aparıldığı öyrəndik və fərqli cavablar aldıq. SİA gənclərin fikirlərini təqdim edir:
İlk gəncimiz müsabiqəyə hazırlıqların çoxdan başlanmasından xəbərsiz olduğuna görə, bu haqda elə də məlumatlı deyildi.
Bakı sakini Samir Əliyev: "Müsabiqəyə uyğun hazırlıqları yüksək səviyyədə qiymətləndirmirəm. Tikilən bina görməmişəm. Heç insanlarda da müsabiqə ilə bağlı yüksək əhval- ruhiyyə belə görmürəm. Avropalılar 3-4 ay öncədən müsabiqəyə hazırlıqlar görürlər. Qarabağda bu müsabiqənin keçirilməsi ən yadda qalan hadisə olardı. Onsuzda Bakıda hər gün "Eurovision"dur. Bizim camaat müsabiqə ərəfəsində Avropadan çoxlu sayda insanlar gələcək. Bizim insanlarda onlardan pis hərəkətlər götürəcəklər".
Sərraf Hüseynov: "Gənc olaraq Eurovision mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirəm. Bununla yanaşı, bu ilki müsabiqənin ölkəmizdə keçirilməsinə zəmin yaradan qaliblərimizə təşəkkürümü bildirirəm. Müsabiqənin keçiriləcəyi məkana baxsaq işlərin çox sürətlə keçirildiyinin şahidi olarıq. Baxmayaraq ki, zal hələ tam hazır deyil, ancaq onun möhtəşəmliyi kənardan görünür. Onun ətrafında olan tikinti quruculuq işləri də vaxtında yekunlaşacaq. Lakin əks cəbhədən də müəyyən fikirlər səsləndirilir. Müsabiqə zamanı ölkəmizə gələn çoxlu sayda turist axını olacaq və o zaman mənfi fikirləri müsbətə doğru yönəldə bilmək şansımız olacaq".
Mehdiyeva Fatma: "Müsabiqənin ölkəmizdə keçirilməsi müsbət göstəricidir. Hər yerdə abadlıq və quruculuq işləri aparılır. Düşünürəm ki, o zamana qədər hər şey tam qaydasında olacaq. Bu müsabiqə Azərbaycan musiqisini və mədəniyyətini Avropa ölkələrinə təbliğ etmək üçün yaxşı vasitədir. Fəxr edirəm ki, ölkəmizə qalibiyyət sevinci yaşadan Eldar və Nigar cütlüyü bu sevinci bizə yaşatdı".
Aysel Bayramova: "Düşünürəm ki, yarışmaya hazırlıq peşəkar səviyyədə aparılır. Ən əsası da ingilis dilini öyrənmək məsələsi gündəmə gətirilib. Hər ölkənin seçdiyi sənətçilər öz mədəniyyətlərini və musiqilərini təqdim edəcəklər. İnanıram ki, bu ili yarışmada ən azı 3-lüyə düşə biləcəyik. 4 ildə keçirilən müsabiqədə ön sıralarda yer alırıq. Reytinq baxımından bu yaxşı göstəricidir. Böyük dövlətlərin adı sırasında Azərbaycanın adının hallanması və çəkilməsi müsbət haldır".
Sorğu zamanı gənclərimizi ən çox narahat edən məsələ müsabiqənin keçiriləcəyi məkanın vaxtında hazır olmaması idi. Gənclərimizin diqqətinə onu çatdıraq ki, müsabiqənin keçiriləcəyi "Bakı Kristal Zalı"nda tikinti işləri artıq son mərhələsinə çatıb. Hazırda zalın üzərindəki kristallar quraşdırılmaqdadır. Xatırladaq ki, Avropa Yayımları Birliyi yanvarın 25-də "Bakı Kristal Zalı"nı Eurovision Mahnı Müsabiqəsi 2012-nin keçiriləcəyi məkan kimi təsdiqləyib. Yanvar ayında arenada olan Avropa Yayımları Birliyinin nümayəndələri aparılan tikinti işləri ilə tanış olublar və bu zalın ən yüksək standartlara cavab verdiyini bildiriblər. Hətta "Bakı Kristal Zalı"nın yaxınlığında müsabiqədə akkreditasiyadan keçmiş jurnalistlər üçün xüsusi Mətbuat Mərkəzi də inşa olunur. Jurnalistlərin rahat işləyə biləcəyi bu məkan 5000 m2 ərazini əhatə edəcək. Bu, Eurovision Mahnı Müsabiqəsi zamanı indiyədək fəaliyyət göstərən yüksək şəraitli Mətbuat Mərkəzlərindən biri olacaq. Hazırda mərkəzdə tikinti işləri sürətlə davam edir.
Sonda vurğulamaq istərdik ki, gənclərimizin necə münasibət göstərməsin baxmayaraq, \"Eurovision- 2012\" mahnı müsabiqəsinin xalqımıza yalnız müsbət nəticə verəcəyinə əminik. Ən vacibi odur ki, Azərbaycan yenə də düşmən olan Ermənistandan daha üstün olduğunu sübüt etmiş oldu. Bədxah düşmənlərimizə isə yalnız qorxub, torpaqlarımıza ayaq basmamaq qalır. Axı Ermənistanın Azərbaycanda keçiriləcək müsabiqədə iştirakı hələ də sual altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB