Makedoniya \"Eurovision\" mahnısını fevralın 29-da təqdim edəcək

Makedoniya \"Eurovision\" mahnısını fevralın 29-da təqdim edəcək

"Əslində həyatda hər şey daha sadə ola bilər. Sadəcə biz insanlar həyatı mürəkkəbləşdirməkdə ustayıq". SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu fikirləri Makedoniyanın \"Eurovision- 2012\" təmsilçisi Kaliopi may ayındakı şouda ifa edəcəyi mahnısının mövzusu ilə bağlı açıqlamasında bildirib.


Bundan əlavə o, mahnıda təmsil etdiyi xalqa məxsus elementlərin qabardıldığını bildirib. Mahnının bəstəkarı Roman Grilldir. Müğənni onunla ilk musiqi albomunun hazırlıqları vaxtından əməkdaşlıq edir. Kaliopinin uğurlu hitləri olsa da, Eurovision səhnəsi üçün yenidən mahnı axtarışına çıxıb. İlk yaradıcılıq prosesində müxtəlif bəstəkarlardan ideyalar toplayıb.


Mahnının təqdimatı fevralın 29-da Makedoniya televiziyasında xüsusi şou proqramda olacaq.


Kaliopi ölkəsini Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil etmək arzusu ilə 6 dəfə milli seçimlərə qatılıb. Lakin müğənni məhz bu il Eurovision müsabiqəsində ölkəsini təmsil etməkdən məmnundur. O, bunun səbəbini digər ölkələrin builki təmsilçilərindən çoxu ilə dostluq etməsi ilə əlaqələndirib. Nina Badriç, Zeljko Yoksimoviç, Maya Sar, Rambo Amadeus onun yaxın dostları sırasındadır. Ona görə də Eurovision 2012 Kaliopi üçün xüsusi əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə