Ədalət Əsgəroğlunun 2012 –ci ildə nəşr olunan kitablarının təqdimatı olub- FOTOSESSİYA

Ədalət Əsgəroğlunun 2012 –ci ildə nəşr olunan kitablarının təqdimatı olub- FOTOSESSİYA

Bu gün tanınmış şair Ədalət Əsgəroğlunun "Xocam Xocalı" və "Aynasında Buta" şeirlər kitabının nəşr olunmasının təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə "525 qəzet"in baş redaktoru Rəşad Məcid, şairlər Vahid Əziz və Ədalət Əsgəroğlu iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "525 qəzet"in baş redaktoru Rəşad Məcid şair haqda məlumat verib. Onun sözlərinə görə, Ədalət Əsgəroğlu yaxşı tərcüməçi kimi də Azərbaycan ədəbiyyatında tanınmışdır və gənclərə kömək edərək öz tövhələrini vermişdir.

Qeyd edək ki, 2012-ci ildə işıq üzü görən "Xocam Xocalı" və "Aynasında Buta" şeirlər kitabları Ədalət Əsgəroğlunun 55 illik yubileyi münasibəti ilə nəşr olunub.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə