Bu gün Latviya və Ukrayna \"Eurovision 2012\" təmsilçisini seçəcək
Bu gün axşam Latviya \"Eurovision 2012\" təmsilçisini seçəcək. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, təmsilçi 10 iştirakçı arasından müəyyən ediləcək. Seçim həm münsiflər heyəti, həm də tamaşaçıların rəyi əsasında olacaq.
Bununla yanaşı. Ukraynanın Eurovision 2012-dəki təmsilçisi də bu gün məlum olacaq. Ölkə təmsilçisi 21 ifaçının arasından seçiləcək. Təşkilatçılar maraqlı şou vəd edirlər. Milli Final bu gun Bakı vaxtı ilə saat 14.30-da başlayacaq. Şounun əsas qonaqlarından biri Fransanın Eurovision 2012 təmsilçisi Anqun (Anggun) olacaq.
Litva və Estoniyada isə Milli Seçimlər davam edir. Hər iki ölkədə bu gün yarımfinal mərhələsi keçiriləcək. Litvada müsabiqənin bu mərhələsində 9, Estoniyada isə 10 ifaçı mübarizə aparacaq. İsveçdə də Eurovision 2012-dəki təmsilçinin müəyyən olunduğu "Melodifestival"da yarımfinaldır. Yarımfinalda 8 iştirakçı mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB