Maestro Niyazinin 100 illiyi münasibətilə musiqi məktəbləri konsert keçirib

Maestro Niyazinin 100 illiyi münasibətilə musiqi məktəbləri konsert keçirib

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hajıbəyli adına Konsert Salonunda dirijor, xalq artisti Niyazinin anadan olmasının 100 illiyi münasibətilə Bakı şəhəri Musiqi Məktəbləri müəllimlərinin konserti keçirilib. SİA-nın məlumatına görə, tədbir maestro Niyazi haqqında filmin nümayişi ilə başlayıb.

Tədbirdə çıxış edən Niyazi adına 22 saylı musiqi məktəbinin direktoru Natiq Vəliyev maestro Niyazinin həyat və yaradıcılığından söhbət açıb və onun Azərbaycan musiqisinin inkişafındakı böyük əməyindən bəhs edib.

Konsert iştirakçıları əməkdar mədəniyyət işçisi Səbuhi Məmmədovun rəhbərlik etdiyi Bakı Şəhər Musiqi və İncəsənət məktəbləri şagirdlərinin birləşmiş skripkaçılar ansamblı Fəridə Quliyevanın konsertmeystrliyi ilə A.Məlikovun "Pyes", D.Şostakoviçin "Poema" əsərlərini, 17 saylı ÜMM-nin müəllimi Sevda Bəxtiyarova "Qara gilə" xalq mahnısını, Ə.Bədəlbəyli adına 23 saylı ÜMM-nin müəllimləri Adilə İbrahimli, Səbinə Orucova fortepianoda Niyazinin "Xoreoqrafik vals"ını, Niyazi adına 22 saylı ÜMM-nin müəllimləri Kamal Abdullayev balabanda Pikə Axundovanın "Qəlbimin səsi", Aynur Qasımova kanonda D.Dadaşovun "Skertso"sunu və digər musiqiçilərin ifasında görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini dinləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə