Azərbaycan Şərqdə ilk opera-"Leyli və Məcnun"un vətənidir. 1908-ci ildə səhnəyə qoyulan "Leyli və Məcnun" operası zəngin musiqi tariximizdə yeni bir səhifə açdı. Azərbaycan muğam sənəti ilə Avropa klassik musiqisinin, Şərqlə Qərbin vəhdəti olan bu opera həm də ilk muğam-operadır.
Azərbaycan musiqisinin bütün zənginliyini əks etdirən "Leyli və Məcnun"da bir sevgi hekayəsindən danışılır. Burada sevginin ölməzliyi musiqinin dili ilə qəlbləri ovsunlayır.
2008-ci ildə UNESCO-nun mənzil-qərargahında "Leyli və Məcnun" operasının 100 illiyi qeyd olundu. Bir əsrdən artıq zaman keçməsinə baxmayaraq, bu əsər hələ də sevilə-sevilə izlənilir. Həm də təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində.
Məhəbbət də musiqi kimi sərhəd tanımır. Bəzən isə musiqinin sehri yeni sevgi hekayətlərinin yaranmasına səbəb olur. Elə bizim qəhrəmanlarımız kimi. Onların sevgi tarixçəsi də səhnədən başlayıb. Bu gün sizə Şərq və Qərb mədəniyyətinin sevgi dolu vəhdətindən danışacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB