Danimarka təmsilçisi: \"Eurovision 2012\"də iştirakım mənim üçün unudulmaz təcrübə olacaq\"
"Bakıdakı keçiriləcək Eurovision Mahnı Müsabiqəsində iştirak mənim üçün unudulmaz təcrübə olacaq. Ümid edirəm ki, digər ölkələrin təmsilçiləri ilə görüşmək və gözəl vaxt keçirmək imkanı qazanacam. Azərbaycanda heç vaxt olmamışam. Odur ki, həqiqətən də yeni mədəniyyətlə tanış olacağıma inanıram".
SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bunu Danimarkanın \"Eurovision 2012\"dəki təmsilçisi Soluna Samay Azərbaycanla bağlı fikirlərini bölüşərkən bildirib.
Qeyd edək ki, səyahət etməyi sevən Soluna Samay Qvatemalada doğulub. On yaşından isə Danimarkada yaşayır. Mayın 22-də birinci yarımfinalda çıxış edəcək Soluna Samay şouda "Should\'ve Known Better" mahnısını ifa edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB