Arzu İsmayılova: “Səsimə və özümə güvənirəm”- MÜSAHİBƏ (SƏS TV)

Arzu İsmayılova: “Səsimə və özümə güvənirəm”- MÜSAHİBƏ (SƏS TV)

\"Eurovision- 2012\" də mübarizə aparacaq 5 finalçıdan biri Arzu İsmayılova. 1994-cü il yanvarın 27-də Rusiyada anadan olub. Hazırda Odlar Yurdu Universitenin I kusr tələbəsidir. Tərcüməçilik fakültəsində təhsil alır. İncəsənət gimnaziyasında da vokal təhsili alır.

- Milli seçimlərə qatılmaq istəyiniz necə yarandı?

- Düzünü desəm əvvəlcədən də Eurovisiona qatılmaq istəyirdim. Seçimlərin başladığını eşitdiyimdə bura qatılmağa qərara gəldim. Mənim üçün çox əyləncəli və önəmli bir yarışmadır. Burada həm oxuyaraq, həm də performans göstərərək ölkəmizi layiqincə təmsil edirik. Təbii ki, bunların hamısının bir arada olduğu yarışma çox gözəldir.

- 72 nəfərin içərisindən 5-liyə daxil olmaq asan deyildi. Bu yerə gəlib çıxmaq üçün nələri etdin?

- İlk olaraq müsabiqə üçün 72 nəfərdən çox iştirakçı sorğu göndərmişdi. Onlar arasında seçim etdikdən sonra 72 nəfər seçildi. Onlarda öz ifaları və performansları ilə 5-liyə daxil ola bildilər.

- Digər iştirakçılardan nə ilə fərqləndin ki, finala vəsiqə qazananlar arasında ola bildin?

- Bunu münsiflər heyəti daha yaxşı deyə bilər. Çünki onların zəhməti də az olmayıb. Səsimin gözəl və məlahətli olması da buna kömək etdi. Bunu tək mən yox, eləcə də digər iştirakçılarda da deyir. Bəlkə də buna görə 5-liyə düşə bildim.

- Hansı cəhətlərinə görə "Eurovision- 2012" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün finalda qalib gəlməlisən?

- Hamı bu sualı mənə verir və qeyd edim ki, çox çətin sualdır. Yenə də qeyd edirəm ki, ola bilsin məlahətli səsim olduğuna görə qalib ola bilim. Məlahətli səsimin olması difər iştirakçılardan məni fərqləndirir.

- Digər 4 iştirakçılardan kimi özünə rəqib görürsən?

- 4 iştirakçının hamsı yaxşı ifa edir. Hər birimiz özümüzə görə istedadlıyıq. Ona görə də onlar mənə, mən də onlar üçün rəqibəm.

- Finalda qalib gəlməsən kimin "Eurovision- 2012" mahnı müsabiqəsinə getməsini istəyərdin?

- Əgər mən seçilməsəm digər iştirakçıların hamısı gedə bilər. Buna görə də fərq qoymuram.

- Milli seçimlərdə iştirak edibdə dərslərin üçün heç bir maneə yaratmadın?

- Universitetimizdə vəziyyəti başa düşürlər. Buna görə də onlara öz təşəkkürümü bildirirəm. Çünki onlar da incəsənətə önəm verirlər. məhz bu səbəbdən də mənə çox kömək edirlər. Hazırda imtahanlarımın vaxtıdır. Ona görə də imatahanları vermək lazımdır. Bir hissəsini vermişəm, digər qismi isə qalıb.

- Finala çox az vaxt qalıb. Necə hazırlaşırsan?

- Düşünürəm ki, səs ön planda olmalıdır. Baxmayaraq ki, performansda vacibdir, ancaq əsas səsdir. Bu səbəbdən səsimi daha çox bildirəcək mahnı seçməyə çalışıram. Hələ ki tam olaraq mahnı seçməmişəm. Tezliklə buna dəqiq qərar verəcəm.

- Səni qalib olaraq seçmələri üçün nə deyə bilərsən?

- Hər kəsdən dəstək gözləyirəm. Səsimə və özümə güvənirəm. Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində layiqincə təmsil edəcəyimə inanıram. Seçiləsi olsam bunun üçün əlimdən gələni edəcəm.

Bütün xəbərlər Facebook səhifəmizdə