Ermənistanı “Eurovision-2012” də təmsil etmək üçün 4 ifaçı mübarizə aparır

Ermənistanı “Eurovision-2012” də təmsil etmək üçün 4 ifaçı mübarizə aparır
Ermənistanı "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçiləri məlumdur. SİA-nın "escdaily.com"a istinadən verdiyi məlumata görə, Ermənistan İctimai Televiziyasından bildirilib ki, onlar ifaçını daxili seçmə yolu ilə müəyyənləşdirəcəklər.


Bir çox ifaçı artıq ölkəni təmsil etmək arzusunda olduğunu bildirib. Onların arasında ən məşhuru ötən illərdə "Eurovision"da çıxış edən Eva Rivasdır. Digər namizəd avstriyalı Sanil Jonesdır. O, Ermənistanı "Fire" mahnısı ilə təmsil etmək istəyindədir. Daha bir namizəd – Lusina Moondur. Əslən bakılı olan Lusina sonradan Ermənistana köçüb və orada böyüyüb, daha sonra isə ABŞ-a yollanıb. Sonuncu namizəd isə "Dorians" qrupudur. Qrup Ermənistanda xeyli populyardır.

Bütün xəbərlər Facebook səhifəmizdə