Azərbaycan dramaturqunun pyesi Kumık teatrında nümayiş olunur

Azərbaycan dramaturqunun pyesi Kumık teatrında nümayiş olunur

Kumık teatrında Azərbaycan dramaturqu Əli Əmirlinin "Varlı qadın" pyesi əsasında hazırlanan tamaşa böyük uğurla göstərilir. Əli Əmirlinin SİA-ya verdiyi məlumata görə, pyesin hər tamaşası anşlaqla geçir: "Bu ilin mayında teatr bu uğurlu tamaşa ilə İstanbulda çıxış edəcək. Məşhur beynəlxalq Bosfor teatr festivalı istedadlı pyesi bizim aktyorların ifasında qəbul etməyə razılığını bildirib".

"Pyesin süjeti bütün zamanlar üçün aktualdır. Kasıb ailə bir günün içində varlanır. Elə həmin sürətlə də ailə dəyərləri alt-üst olur. Varlanmış ailənin üzvləri maddi zənginliyə qovuşur, əvəzində isə mənəviyyatlarını itirirlər",- deyə dramaturq əlavə edib.

Məlumat üçün bildirək ki, Əli Əmirlinin "Varlı qadın" komediyası on ildən çoxdur ki, Azərbaycandan kənarda da, bir qayda olaraq, böyük uğur qazanır. Bu gün isə bizim ölkəmizdə bu pyesin hər tamaşası anşlaqla qarşılanır.

Qeyd edək ki, Kumık teatrının tamaşasını bir neçə aydan sonra İstanbulda Türkiyə tamaşaçıları da görə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə