“Musiqili Komediya Teatrında yeni kadrlar işə götürülüb

“Musiqili Komediya Teatrında yeni kadrlar işə götürülüb

Musiqili Komediya Teatrına gənc və istedadlı kadrların cəlb olunması üçün keçirilən müsabiqəyə yanvarın 26-da yekun vurulub.


Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqə qalibləri arasında Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Musiqi Akademiyasının, hətta Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Xəzər Universitetinin tələbələri də var.


Müsabiqə iştirakçılarından Şaban Nəcəfquluzadə, Ruslan Mürsəlov və Elvin Əliyev aktyor heyətinə, Rüstəm Rüstəmov, Rasim Fərəcov, Şəhriyar Hüseynzadə, Afət Orucova, Dilşən İbadova, Nigar İbadlı, Bahar Fərzullayeva isə xor heyətinə qəbul ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə