Alim Qasımovun ifasında səslənən \"Sarı gəlin\" mahnısı xarici qonaqlara zövq verib
Hər bir ifaçı məhz Eurovison səhnəsində ifa etdikləri musiqilərlə çıxış edib. Ruslana Azərbaycanın ev sahibliyindən qürur duyduğunu və bunun artıq yuxu olmadığını deyib: "Bu artıq yuxu deyil. Mən çox sevinirəm ki, Azərbaycan bun yarışmada qalib gəldi və biz də bu yuxunun iştirakçılarıyıq. Azərbaycanın ev sahibliyi məni çox sevindirir və bu işin öhdəsindən çox yüksək səviyyədə gələcəyinizə əminəm". Aleksandr Rıbak isə may ayına qədər Azərbaycan xalqı ilə sağollaşıb və Azərbaycana uğurlar arzulayıb.
Mərasimdə Alim Qasımovun ifasında Azərbaycanın xalq mahnısı "Sarı gəlin" isə qonaqlara ayrı zövq verib. Tədbirdə Azərbaycanın milli rəqsləri də ifa olunub.
Bugünkü tədbirdə həmçinin eurovision.az saytı da istifadəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB