\"Eurovision-2012\" mahnı müsabiqəsinin \"Baku Crystal Hall\"da keçirilməsi rəsmən təsdiqlənib - FOTOSESSİYA
"Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi məkan müəyyənləşib. SİA-nın məlumatına görə, Avropa Yayım Birliyinin nümayəndələri və Məşvərət Qrupu müsabiqənin Bayraq Meydanında inşa olunan "Baku Crystall Hall" sarayında keçirilməsinə qərar veriblər.
"Eurovision" mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand bu qərar barədə fikirlərini bölüşüb: "Biz çox həyəcanlıyıq. "Eurovision-2012" yeni konsert zalında keçiriləcək. Biz tikinti işlərinin vaxtında tamamlanacağı barədə zəmanət aldıqdan sonra müsabiqə üçün hazırlığa başlaya bilərik".
Məlumat üçün bildirək ki, müsabiqənin keçirilməsi üçün 3 məkan təklf olunurdu. Bunlar Tofiq Bəhramov adına Respublika stadionu, Heydər Əliyev adına İdman-Konsert Kompleksi və Bakı Crystall Hall idi. Lakin EBU üstünlüyü yeni qapalı arenaya verib. Yeni tikilən "Baku Crystal Hall" təxminən 23 000 tamaşaçı tutur. 16 minə yaxın tamaşaçı isə müsabiqənin yarımfinalları və finalını böyük monitordan canlı izləyə biləcəklər.
Qeyd edək ki, Avropa Yayımları Birliyinin nümayəndələri bu gün "Baku Crystal Hall\" da olublar. Nümayəndələr aparılan tikinti işləti ilə yaxından tanış olublar və layihənin tikinti şirkətinin rəhbərləri ilə görüşüblər. Avropa Yayımları Birliyi bu zalın ən yüksək standartlara cavab verdiyini bir daha bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB