“Eurosport” telekanalında Azərbaycan haqqında təşviqat-təbliğat kampaniyası aparılacaq
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropanın məşhur "Eurosport" televiziya kanalının nümayəndələri ilə görüşüb. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən SİA-ya məlumata görə, görüş zamanı 2012-ci ilin birinci yarısında "Eurosport" telekanalında Azərbaycan haqqında təşviqat-təbliğat kampaniyasının aparılması, reklam çarxlarının yayımlanması məsələləri müzakirə edilib. 2012-ci ilin ikinci yarısında təşkil ediləcək təşviqat kampaniyası Avropada Azərbaycan haqqında məlumatlılığın daha da artırılması, turizm potensialının geniş kütləyə çatdırılması məqsədi daşıyacaq.
Qeyd edək ki, "Eurosport" Avropa telekanalları arasında izləyici kütləsinə görə ilk yerlərdən birini tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB