Bu gün Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə "Nizami Gəncəvi və musiqi" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova "Nizami Gəncəvinin "Xəmsə"sində musiqi mövzusunun xüsusiyyətləri" mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə, həmçinin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyevanın "Nizami mövzusu xalça sənətində" məruzəsi dinlənilib.
Məruzələrlə bağlı slaydşou və videoçarx nümayiş olunub. Tədbirdə, həmçinin dahi şairin yaradıcılığına həsr olunan musiqi əsərləri səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB