“Eurovision-2012”-də Ermənistanın iştirakı hələ də sual altındadır
"Eurovision-2012" mahnı müsabiqəsində Ermənistanın iştirakı hələ də sual altındadır. SİA-nın news.am saytına istinadən verdiyi məlumata görə, sözügedən saytın nümayəndəsi bu məsələ ilə bağlı ölkənin "Eurovision" müsabiqəsində nümayəndə heyətinin rəhbəri Qoar Qasparyanla əlaqə saxlamağa çalışıb. Amma sözügedən şəxs telefon zənglərinə cavab verməyib.
Ermənistan İctimai Televiziyasının rəhbəri Qaqik Bünyatyan isə öz işçisi vasitəsilə bildirib ki, bu məsələ ilə bağlı məhz Q. Qasparyana müraciət etmək lazımdır.
Xatırladaq ki, Qoar Qasparyan hələ dekabr ayında bildirib ki, Ermənistanın "Eurovision-2012" müsabiqəsində iştirak edib-etməyəcəyi Yeni İl ərəfəsində məlum olacaq. Lakin elan olunan müddət başa çatsa da, ölkənin müsabiqəyə qatılıb-qatılmayacağı hələ də açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB