Bu gün \"Eurovision\" milli seçim turlarının 7-ci həftəsinə start verilir

Bu gün \"Eurovision\" milli seçim turlarının 7-ci həftəsinə start verilir

Bu gün "Eurovision-2012"dəki təmsilçisinin seçilməsi üçün milli seçim turlarının 7-ci həftəsinə start verilir. İctimai Teleradionun İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən SİA-ya verilən məlumata görə, Azərbaycanı "Eurovision"da təmsil etmək istəyən növbəti 9 namizəd 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq.


Bu gün 22.00-dan etibarən Erkin Osmanlı, "Ad Gloriam\" qrupu, Ayla İdrisova, Kamran Abdullayev, Səbinə Babayeva, Xana Həsənova, Xəyal Tağıyev, Natiq Bağırov və Azər Səlimli yarımfinala çıxmaq uğrunda mübarizə aparacaqlar.


Namizədlər həftənin 5 günü İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər. Seçim turunun proqramına əsasən bu gün onlar dünya estradasından mahnılar ifa edəcəklər. Yanvarın 13-də 7-ci həftənin qalibi məlum olacaq. Həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi "Eurovision" müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır.


Qeyd edək ki, artıq 6 yarımfinalçının kimliyi məlumdur. Onlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov və Adil Baxışlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə