Gənc Tamaşaçılar Teatrının direktoru \"Körpü\" diplomuna layiq görülüb
Gənc Tamaşaçılar Teatrının direktoru \"Körpü\" diplomuna layiq görülüb. Bu barədə SİA-ya teatrdan məlumat verilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Beynəlxalq ASSİTEJ-in (Beynəlxalq Uşaq və Gənclər Teatrları Birliyi) Azərbaycan Milli Mərkəzinin sədri, Mübariz Həmidov "Körpü" diplomu ilə təltif olunub.
M.Həmidov bu mükafata Mədəniyyət və Turizm Nazirliyi, Alman - Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə həyata keçirilən birgə layihələrin reallaşdırılmasında xüsusi əməyinə görə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB