Azər Dadaşovun yaradıcılığına həsr olunan “Uşaqlar gələcəyimizdir” adlı konsert keçirilib

Azər Dadaşovun yaradıcılığına həsr olunan “Uşaqlar gələcəyimizdir” adlı konsert keçirilib

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşovun yaradıcılığına həsr olunan Musiqi Festivalı çərçivəsində bəstəkarın uşaqlar üçün yazdığı əsərlərdən ibarət "Uşaqlar gələcəyimizdir" adlı konsert olub. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda baş tutub.

Konsert Elmira Mansurovanın rəhbərlik etdiyi 4 saylı Uşaq Musiqi Məktəbinin xor qrupunun ifasında "Yeni Azərbaycan marşı"nın ifası ilə başlanıb. Tədbirdə həmçinin bəstəkarın "Əziz Vətən" mahnısı, həmin məktəbin III sinif şagirdi Əli Adıgözəlovun ifasında "Göyçay rəqsi", Beynəlxalq müsabiqə laureatı, 21 saylı Orta İxtisas Musiqi Məktəbinin VIII sinif şagirdi Nəcəf Vəliyevin ifasında Truba və piano üçün "Marş" səsləndirilib.

Bununla yanaşı, 16 saylı Uşaq Musiqi Məktəbinin VII sinif şagirdi, Respublika müsabiqəsinin laureatı Lamiyə Mustafazadənin ifasında piano və Həmzə İmanlı (piano), Cəlal Kamalovun ifalarında "Qazağı" konsert pyesi alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə