Gələn ildən yeni çəkilmiş Azərbaycan filmləri “Nizami” kinoteatrında nümayiş etdiriləcək
Bir sıra yeni çəkilən Azərbaycan filmləri gələn ilin əvvəlindən "Nizami" kinoteatrında tamaşaçıların ixtiyarına veriləcək. Bunu SİA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi müdirinin müavini Müşfiq Hətəmov məlumat verib.
Onun sözlərinə görə, bu il Elxan Cəfərovun rejissoru olduğu "Əlavə təsir", Rövşən İsaqın "Aktrisa", İlqar Nəcəfin "Buta", Ülviyyə Könülün "Vəkil hanı?", Yavər Rzayevin "İlahi məxluq" əsərləri ekranlaşdırılıb. Tamaşaçılarımız bu filmləri hələ görməyiblər. Hazırda yenidən qurulan "Nizami" kinoteatrı işə düşdükdən sonra orada həftənin bir günündə yeni çəkilən Azərbaycan filmləri nümayiş etdiriləcək.
M.Hətəmov onu da vurğulayıb ki, bu il daha bir neçə filmin çəkilişlərinə başlanılıb. "Qisas almadan ölmə", "Mən evə qayıdıram", "Çölçü", "Azərbaycan futbolunun 100 illiyi", "Qırmızı bağ", "Dolu yer alıb" bu qəbildəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB