Azərbaycanda Koreya mədəniyyəti günləri keçiriləcək. SİA-nın xəbərinə görə, bunu Koreyanın Azərbaycandakı səfiri Li Ci - Ha bildirib. Onun sözlərinə görə, mart ayında Azərbaycan və Koreya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü tamam olacaq. Bu münasibətlə Azərbaycanda bir sıra tədbirlər keçiriləcək. Azərbaycanda Koreya mədəniyyəti, Koreyada isə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır. Bu çərçivədə Azərbaycanda Koreyanın tamaşaları, rəqsləri, milli yeməkləri nümayiş olunacaq.
Diplomat Azərbaycanla Koreya arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndiyini də qeyd edib. Li Ci – Ha onu da deyib ki, onlar bu il Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə birgə bir qrup azərbaycanlı gənci Koreyaya aparıblar. Gənclər orada Koreya mədəniyyəti ilə yaxından tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB