“Evrovision-2012” milli seçim turlarının 3-cü həftəsi sabah başlayır
Sabahdan "Evrovision-2012" milli seçim turlarının 3-cü həftəsi başlayır. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən SİA-ya verilən məlumata görə, bu həftənin iştirakçıları Xəyyam Mustafazadə, Fərid Ramazanov, Aytac Vəliyeva, Rüstəm Əlləzov, Rövşən Əzizov, Aysel Quluzadə, Yelena Kərimova, Anar Səfərov və Altun Zeynalov olacaq.
İştirakçılar həftənin 5 günü canlı yayımda ifalarını təqdim edəcəklər. Şənbə günü isə münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 3-cü həftənin qalibi bəlli olacaq.
Qeyd edək ki, artıq 2 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Finalda isə milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB