Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın 105 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans \"Məhəmmədhüseyn Şəhriyar: ədəbi təsir və əlaqələr" adı altında baş tutub.
Konfransın açılışında Şərqşünaslıq İnstitutun direktoru Gövhər Baxşəliyeva çıxış edərək Şəhriyarın Azərbaycan, İran və Yaxın Şərq şeirində silinməz iz qoyan şair olduğunu bildirib: "Şəhriyar o taylı, bu taylı Azərbaycanın ən böyük şairlərindən biridir. Onun yaradıcılığı dünya şeir xəzinəsinin ən nadir incilərindən biri sayılır. Şeirlərinin əsas ana xəttini insanpərvərlik, vətənpərvərlik, səmimiyyət təşkil edir. Azərbaycanlılara onu xüsusi sevdirən onun ana dilli şeirləridir".
Konfrans məruzələrlə davam edib. Məruzəçilər arasında azərbaycanlılarla yanaşı Kərkük və Zəncandan gələn alimlər də var.
Qeyd edək ki, konfrans Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB