Şərqşünaslıq İnstitutunda Şəhriyara həsr olunmuş jurnal işıq üzü görüb - FOTO
Azərbaycan xalqının böyük şairi, XX əsr Şərq poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 105 ili tamam olub. Bu əlamətdar tarixlə əlaqədar AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəşri olan "Azərbaycan şərqşünaslığı" jurnalı xüsusi buraxılış dərc edib.
SİA-nın xəbərinə görə, jurnal Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın "Milli ruhun təntənəsi" yazısı ilə açılır. Yazıda Şəhriyar poeziyasını insanlara sevdirən, onun böyüklüyünü göstərən cəhətlər açıqlanır: "Şəhriyar poeziyası – bütövlükdə milli azərbaycanlı ruhunun təntənəsidir. Şəhriyarın füsunkar şeir aləmi, sehrli poetik dünyası büsbütün millidir, ruhumuzu oxşayır, oxucuya müqəddəs insani duyğuları, ülviyyəti aşılayır, ədalətə və azadlığa çağırır, məhəbbət və mərhəmət öyrədir. Şairin fikir dünyası olduqca genişdir, hətta sonsuzdur, insanı qanadlarına alaraq keçmişə, bu günə və sabaha aparır, Heydərbabanın qoynuna, xoşbəxt uşaqlıq çağlarına qaytarır, bu günün qayğılarını yada salır, sabahın müjdəsini verir. Şəhriyar poeziyasında hər birimizin ağlından və ürəyindən keçən, qəlbimizdəki zərif duyğular dahiyanə əksini tapır".
Jurnalın "Şəhriyarın ömür səhifələri" rubrikasında Şərqşünaslıq İnstitutunun elmi işçisi Afət Rüstəmovanın fars dilindən tərcümə etdiyi yazılar təqdim olunub. Bu yazılarda böyük şairin həyatı onun özünün, qızı Şəhrzadın, qardaşı qızı Şərarə Xohginabinin dilindən nəql edilir.
"Şəhriyarın fikir və sənət dünyası" bölməsində filologiya üzrə fəlsəfə doktoru Nüşabə Əlizadənin "Azərbaycan şəhriyarşünaslıq məktəbi", filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın "Şəhriyarın "Divani-türki"sində irfani düşüncənin ifadəsi", filologiya elmləri doktoru Elman Quliyevin "Heydərbaba" yüksəkliyi – sənət möcüzəsi", iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin "Milli oyanışda Şəhriyar poeziyasının rolu", Ruhəngiz Məmmədovanın "Şəhriyarın ana dilli şeirlərinin bəzi poetik xüsusiyyətləri" məqalələri dərc olunub. Şəhriyar poeziyasının dili ilə bağlı Lefkə Avropa Universitetinin assistent-professoru Nazim Muradovun "Şəhriyarın "Heydərbabaya salam" poemasında dildə qənaət qanunu modelinə uyğun strukturlar haqqında, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənovanın "Şəhriyarın fars "Divan"ında felin semantik-üslubi xüsusiyyətləri" məqalələri verilib.
"Tərcümə" bölməsində Şərqşünaslıq İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin farscadan çevirdiyi Şəhriyarın "Mövlana Şəms Təbrizinin xanəgahında" əsəri təqdim olunub.
Jurnalda həmçinin filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın (Şükürova) yeni çap olunmuş "Söz sərrafı Şəhriyar" kitabı haqqında filologiya elmləri doktoru Almaz Məmmədovanın rəyi dərc olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:42Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



